Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əgər Putin Ukraynada qalib gəlsə... - Stoltenberq

Əgər Putin Ukraynada qalib gəlsə... - Stoltenberq

Tarix: 17 Sentyabr 2024 08:56

Ukraynanın Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli Qərb raketlərindən istifadə etməyə icazə verib-verməməsi ayrı-ayrı ölkələrdən asılı olacaq.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq LBC telekanalına müsahibəsində deyib.

"Bu qərarlar alyansın ayrı-ayrı üzvlərinin qəbul etməli olduğu qərarlardır, lakin bizim bu məsələlərlə bağlı yaxından məsləhətləşməyimiz vacibdir", - o bildirib.

Eyni zamanda, o vurğulayıb ki, müharibədə risksiz heç bir seçim yoxdur.

"Avropada Moskvanın başladığı genişmiqyaslı müharibə var, amma inanıram ki, bizim üçün ən böyük risk Ukraynada Prezident Putinin qələbəsi olacaq".


Etiketlər:  Əgər Putin Ukraynada qalib gəlsə Stoltenberq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ