Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2024 11:55
Əməkdar artist Təyyar Bayramov uzun müddət sonra ilk dəfə oğlu Kənan Bayramovla efirə çıxıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, xanəndənin ad gününə həsr edilən "Qonaqcanlı"da oğlu studiyaya gələrək, onunla birlikdə mahnı oxuyub.
T.Bayramov "Dəvət etmisiniz, amma Kənanın mənimlə oxumasına hələ çox var. Kənan ikinci kursa keçib. Mənsum İbrahimov (Xalq artisti - red.) onun ustadıdır. O, oxumasına hələ icazə vermir" sözlərini deyib.
O bildirib ki, oğlunun səsinə görə bir müddət oxumasına icazə verilmir:
"Kənanın səsinə əziyyət olmaz. İnanırıq ki, yaxın vaxtlarda qaydasına düşəcək".