Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2024 16:52
Fransanın Milli Assambleyasının Bürosu prezident Emmanuel Makronun impiçmenti barədə qətnamənin lehinə səs verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, sənədin lehinə 12 büro üzvü səs verib.
Bununla da "Yenilməz Fransa" partiyasının təşəbbüskarı olduğu layihə büronun ilkin səsverməsindən keçmiş hesab olunub.
Sözü gedən prosedurdan sonra qətnamə layihəsi Hüquq Komitəsinə tqdim olunacaq. Bu prosesin ardından həmin sənəd 15 gün ərzində Fransa Milli Assambleyasının gündəliyinə çıxarılmalıdır.