Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2019 22:52
"Sumqayıt"ın hücumçusu Mehdi Şərifi Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə "Keşlə"yə 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Bu oyun bizim üçün vacib idi. Udsaydıq, 3-cü pilləyə yüksələcəkdik. Əlimizə yaxşı fürsət düşmüşdü. Amma məğlub olduq. Qol şanslarımız oldu. Topu yaxşı saxlaya bilirdik. Məğlubiyyətə layiq olmasaq da, qarşı tərəfi təbrik edirəm. Düşünürəm ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik. Yaxşı komandamız var. Bu gün süni örtükdə oynadıq. Buna görə də çox yorulduq. Biz yaxşı meydançalarda məşq edir, oyun keçiririk. Bu meydança isə pis idi. Buna baxmayaraq, yaxşı çıxış etdik.
- "Qarabağ"a qalib gələndən sonra çoxları gözləyirdi ki, bu görüşdə də qələbə qazanacaqsınız. "Qarabağ"ı məğlub edib, "Keşlə"yə uduzdunuz.
- "Qarabağ"a qalib gəlməyimizin sevincini cəmi 2 gün yaşadıq. Sonra isə digər oyun haqda fikirləşməyə başladıq. Amma bugünkü qarşılaşmada da yaxşı oynadıq.
- Amma baş məşqçi Ayxan Abbasov bu fikirdə deyil. Mətbuat konfransında bildirdi ki, futbolçular hələ də o qələbəni öz üzərindən ata bilmirlər.
- Əgər məşqçi belə düşünürsə, deməli həqiqətən də belədir. Çünki o bunu bizdən daha yaxşı bilir. Özüm haqqında deyə bilərəm ki, "Qarabağ"la oyunda çox səhvlər etdim, bu gün isə daha yaxşı oynadım. Ayxan Abbasov daha fərqli düşünə bilər.
- "Perspolis" kimi komandadan "Sumayıt"a transfer olundunuz. Məqsədiniz nədir? "Sumqayıt"a tramplin kimi baxırsınız?
- Bu barədə nəsə deyə bilmərəm. Hazırda yalnız "Qəbələ" ilə keçirəcəyimiz növbəti oyun haqda düşünürəm.