Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2024 17:58
İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də ölkənin Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Qeyd edilib ki, Həsən Məcidi İran prezidentinin qızı Zəhra Pezeşkianın həyat yoldaşıdır. O, baş maliyyə ekspertidir. Bu vəzifəyə təyin olunmazdan öncə H.Məcidi özəl şirkətdə işləyib.
Məlumata görə, İraqa səfəri zamanı Məsud Pezeşkianı qızı və kürəkəni müşayiət edib.