Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2024 06:15
Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, eyni iş üzrə mühakimə olunan 6 şübhəlinin hamısı sərbəst buraxılıb.
Xatırladaq ki, Bahar Candan 2023-cü ilin noyabrın 14-ü saxlanılıb, noyabrın 16-sı isə həbs edilmişdi.
Qeyd edək ki, Baharla birlikdə bacısı Nihal Candan da həbs olunmuşdu. Lakin o, bu ilin aprel ayında səhhətində yaranan problemlərə görə azadlığa buraxılmışdı.