Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2024 23:04
Ermənistan polisi sentyabrın 21-də israilli bloger Alaksandr Lapşini Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilməsi ilə əlaqədar saxlayıb.APA-nın xəbərinə görə, bu barədə Ermənistan Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, prokuror sənədləri öyrəndikdən sonra Aleksandr Lapşinin həbs edilməməsi ilə bağlı şifahi göstəriş verib və o, hazırda azadlıqdadır.
-------
18:08
Ermənistanın Zvartnots hava limanında bloger Aleksandr Lapşin saxlanılıb.
Sonxeber.net bildirir ki, o özü bu barədə sosial şəbəkələrdə məlumat verib:
"Məni az əvvəl Azərbaycan və Rusiya Federasiyası tərəfindən verilmiş axtarış əsasında Zvartnots hava limanında saxladılar. Məni otağa dəvət etdilər, lakin mən imtina etdim. Pasportumu götürdülər. Artıq bir saatdan çoxdur ki, pasport nəzarəti budkalarının qarşısında dayanmışam. Vəziyyət çox xoşagəlməzdir, media dəstəyinə ehtiyac var. Sərhədçilər erməni dilində danışırlar, yalnız "həbs" sözünü tuturam".