Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əməkdar artist Kifayət Gəncəli dəfn olundu - Yenilənib - FOTO

Əməkdar artist Kifayət Gəncəli dəfn olundu - Yenilənib - FOTO

Tarix: 22 Sentyabr 2024 17:54

17:50
 

Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli Gəncənin "Səbiskar" qəbiristanlığında torpağa tapşırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, dəfn mərasimində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Xalq artisti Şahnaz Haşımova, şəhər ictimaiyyətinin nümayəndələri, sənətkarın yaxınları iştirak ediblər.

Qeyd edək ki, Əməkdar artist bu gün ürək çatışmazlığı səbəbilə vəfat edib.

--------
11:23


Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli bu gün ürək çatışmazlığı səbəbilə vəfat edib.

Milli.Az xəbər verir ki, bu barərə APA-ya mərhumun qızı Elza Məmmədova məlumat verib.

Bildirilib ki, K.Gəncəli bu gün doğulub boya-başa çatdığı Gəncə şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, K.Gəncəli 1937-ci ildə Gəncə şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda muğam təhsili alıb. Əhməd Bakıxanov, Əliağa Quliyev, Ağası Məşədibəyov, Əhsən Dadaşov, Baba Salahov və İslam Rzayevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının solisti olub. Azərbaycan Televiziyasının Qızıl fondunda 300-ə yaxın səs yazısı qorunub saxlanılır.

Allah rəhmət eləsin!

Milli.Az


Etiketlər:  Əməkdar artist Kifayət Gəncəli dəfn olundu Yenilənib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ