Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Telefonu təyyarə rejiminə keçirməyin üstünlükləri

Telefonu təyyarə rejiminə keçirməyin üstünlükləri

Tarix: 22 Sentyabr 2024 15:04

Telefonu təkcə uçuş zamanı deyil, adi vaxtlarda da təyyarə rejiminə keçirmək olar. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu funksiyanın faydaları böyükdür. Ancaq bəzən çətinlikləri də olur. 

Telefon təyyarə rejimində olduqda nə baş verir? 

Telefonunuzu təyyarə rejiminə qoyduğunuz zaman bütün simsiz bağlantılar söndürülür - mobil, Wi-Fi, Bluetooth, GPS.

Buna görə də, reboot əvəzinə rabitə və ya internetlə bağlı problemlər olduqda təyyarə rejimi istifadə edilə bilər. Bunun üçün sadəcə telefonunuzu təyyarə rejiminə qoyun, 20-30 saniyə gözləyin və təyyarə rejimini söndürün.

İkincisi, telefonunuzu təyyarə rejiminə qoymaq batareya enerjisinə qənaət edə bilər. Həmçinin, təyyarə rejimini yandırmaq şarj sürətini əhəmiyyətli dərəcədə artıracaq. 


Etiketlər:  Telefonu təyyarə rejiminə keçirməyin üstünlükləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ