Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2024 17:04
Rusiyanın Plesetsk bölgəsindəki poliqonda RS-28 "Sarmat" nüvə qitələrarası ballistik raketinin sınaqları zamanı baş verən partlayışın peyk görüntüləri yayılıb.
Sonxeber.net-ın xəbərinə görə iddia olunur ki, təxminən 20 və ya 21 sentyabr tarixlərində buraxılış zamanı raket birbaşa poliqonda partlayaraq, nəhəng bir çuxur buraxıb və bununla da poliqonu məhv edib.
Əcnəbi analitiklərin fikrincə, "Sarmat"ın sonuncu uğurlu sınağı 20 aprel 2022-ci ildə baş tutub.
İddialara görə, bu, raketin dördüncü uğursuz sınağıdır.