Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan restoranda Azərbaycan musiqisi sifariş verdi

Paşinyan restoranda Azərbaycan musiqisi sifariş verdi

Tarix: 22 Sentyabr 2024 19:54

Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Instaqram hesabında həyat yoldaşı ilə Ermənistanda restoranların birində video çəkib. 

Sonxeber.net news24.az-a istinadla xəbər verir ki, video görüntülərdə maraqlı məqam diqqəti çəkib. Fon musiqisi azərbaycanlı şanson ifaçı Nazim Faytonçunun "faytonçu" musiqisinin erməni müğənni tərəfindən oğurlanmış forması fonda səslənir. 

Ümumiyyətlə, Nikol Paşinyanın getdiyi məkanlar öncədən rezerv olunur, təhlükəsizlik təminatı, yemək menyusu və dinləyəcəyi musiqilər öncədən tərtib edilir. 

Qeyd edək ki, bəstənin musiqisi və sözləri Azərbaycanın Xalq artisti, aktyor Rafael Dadaşova məxsusdur.


Etiketlər:  Paşinyan restoranda Azərbaycan musiqisi sifariş verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ