Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2024 19:25
Aktrisa Zülfiyyə Qurbanova açıqlaması ilə sükutu pozub.
Sonxeber.net olay-a istinadən bildirir ki, sənətçi rol aldığı "Bu şəhərdə kimsə yoxdur" serialı ilə yollarını ayırdığı haqda sosial şəbəkə hesabında məlumat yayıb.
""Xəzər" TV-nin efirində yayımlanan "Bu şəhərdə kimsə yoxdur" serialında "Hicran" rolunun mənim öhdəmə düşən hekayəsi bitdi. Başda Rüfət Şahbazov, Amiran Babayev, Rövşən Abdullaoğlu olmaqla hər kəsə təşəkkürümü bildirirəm. Əziz kollektivim sizinlə işləmək zövq idi. Sevgilərlə..."
Zülfiyyə bildirib ki, tezliklə Səadət obrazını yaratdığı "Vətəndaş A" serialı ilə tamaşaçıların qarşısına çıxacaq:
"Yeni işim "İctimai" TV-nin efirində yayımlanan "Vətəndaş A" serialıdır. "Səadətlə" (serialda yeni obrazı - red.) başlayırıq. Səadət gətirsin. Bütün heyyətə uğurlar arzu edirəm. Xoş izləmələr".
Qeyd edək ki, "Vətəndaş A" ekran işinin rejissoru Elvin Rüstəmzadədir.