Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan serialındakı bu səhnə 7 günə çəkilib - VİDEO

Azərbaycan serialındakı bu səhnə 7 günə çəkilib - VİDEO

Tarix: 24 Sentyabr 2024 07:00

İTV-də yayımlanan "Vətəndaş A" serialı ilk bölümü ilə diqqət çəkməyi bacarıb.

Milli.Az bildirir ki, olay-ın əldə etdiyi məlumata görə, erkən nikah mövzusuna toxunan layihədə bəzi səhnələr çətinliklə çəkilib.

Ekran işinin ilk bölümündə müəllimin rayona gəldiyi avtobus səhnəsi üç bölgədə - Şamaxı, Lahıc və Daşkəsəndə lentə alınıb.

Bir neçə dəqiqəlik səhnə 7 gün ərzində çəkilib.

Qeyd edək ki, Cəfər Cabbarlının ölməz "Almaz" pyesinin motivləri əsasında müasir dövrə adaptasiya formasında çəkilmiş "Vətəndaş A" serialı SFN film tərəfindən istehsal olunub. Ekran işinin prodüseri Sevinc Əliyevadır.

Milli.Az


Etiketlər:  Azərbaycan serialındakı səhnə günə çəkilib VİDEO


RƏYLƏR