Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda neft zavodunda partlayış - Xeyli sayda yaralanan var - YENİLƏNİB

İranda neft zavodunda partlayış - Xeyli sayda yaralanan var - YENİLƏNİB

Tarix: 24 Sentyabr 2024 14:28

14:21

İranın Gərmsar sənaye şəhərciyində dünən baş verən üç partlayışdan 16 saatdan çox vaxt keçməsinə baxmayaraq, yanğının qarşısı hələ də alınmayıb.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə şəhərin meri Rza Xani bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində yaralananların sayı 25 nəfərə çatıb.

Məlumata görə, yanğının nəzarətə alınması yolunda işlər davam edir.

Qeyd edək ki, İranın Gərmsar şəhərinin Qızıl Aypara Təşkilatının rəhbəri Həmid Məcidi ərazidə 12 neft anbarının partlaması ehtimalının olduğunu bildirib.

---------------
2024.09.23


İranın Gərmsar rayonunda neft zavodunda partlayış və yanğın olub.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı İran Qızıl Aypara Cəmiyyətinin Gərmsardakı bölməsi yayıb.

Bildirilib ki, hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.

Hadisə nəticəsində zərərçəkənlər barədə məlumat yayılmayıb.

Gərmsar İranın Semnan əyalətində yerləşir. Şəhərdə elmi mərkəz var. İranın keçmiş prezidenti Mahmud Əhmədinejat Gərmsarda anadan olub.

Milli.Az


Etiketlər:  İranda neft zavodunda partlayış Xeyli sayda yaralanan YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ