Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Putin bunu anlasa, müharibə bitəcək''

''Putin bunu anlasa, müharibə bitəcək''

Tarix: 24 Sentyabr 2024 17:52

Bu müharibə Putinin işğalın səhv olduğunu və məqsədlərinə çata bilməyəcəyini anladıqdan sonra başa çatacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.

"O, hələ bu mərhələdə deyil. Ukraynanın öz müdafiə sənayesi var. Putinin qalib gələ bilməyəcəyini başa düşməsi üçün ukraynalılara bir neçə milyard dollar kömək edə bilər",- o bildirib.

Onun sözlərinə görə, Ukraynanın Kursk vilayətinə girməsi müharibəni Rusiya ərazisinə köçürdü:

"Hətta rus təbliğatçılar da hər şeyin planlaşdırıldığı kimi getmədiyini anlamağa başlayıblar".

Milli.Az


Etiketlər:  Putin bunu anlasa müharibə bitəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ