Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2024 15:30
Müğənni Səidə Sultan ana olmağa hazırlaşır.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçiyə "Rəngarəng" verilişində sual ünvanlanıb.
Səidə isə "Həssas mövzudur. Gözə gəlməkdən qorxuram. Nə hə, nə yox deyirəm" cavabını verib.
Studiyada olan sənət dostları Kərim Abasov və Nadir Qafarzadə ifaçını təbrik edib. Səidə isə təbrikləri qəbul edərək, deyilənləri inkar etməyib.