Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov Polşa XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Polşa XİN rəhbəri ilə görüşüb

Tarix: 26 Sentyabr 2024 07:12

25 sentyabr 2024-cü il tarixində BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşa Respublikasının xarici işlər naziri Radoslav Şikorski ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.

Nazir bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni tərəfdaşlıq sahələri üçün əlverişli imkanlar yaratdığını və bu çərçivədə Azərbaycanın Polşa ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfi Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Sülh sazişinin uğurla tamamlanması üçün Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər edilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramov Polşa XİN rəhbəri ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ