Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2024 07:32
Artıq BRİKS ölkələrinin dünya iqtisadiyyatına töhfəsi G7 ("Böyük yeddiki") ölkələrinin payını üstələyir və bu tendensiya artmağa davam edir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının Rəyasət Heyətinin ixracın inkişafı məsələsi üzrə geniş iclasında bildirib.
"BRİKS-in - bu təşkilatın yeni üzvlərini nəzərə almasaq - 1992-ci ildə dünya ÜDM-də payı 16,7%, G7-də 30,5% idi. 2022-ci ildə isə G7-də 30,5%, BRİKS-də 31,4% oldu. 2028-ci il üçün BRİKS 33,8%, G7-də 27,9% proqnozlaşdırılır", - o qeyd edib.