Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abbas 51 gündə 51 kiloqram necə arıqlayıb?

Abbas 51 gündə 51 kiloqram necə arıqlayıb?

Tarix: 26 Sentyabr 2024 08:20

"51 gündə 51 kiloqram çəki atdım. Elə bir ana gəldim çıxdım ki, dedim tez arıqlayacağam".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov "İncə səhər" verilişində deyib. Müğənni arıqlamağının sirrini bölüşüb:

"Aclığa dözümüm var. Aralıqlı ac qalmanı etdim. Amma etmədən öncə araşdırdım. Ondan əvvəl 10-15 gün ət yeməməlisən: toyuq, quzu, balıq yeməməlisən. Ancaq tərəvəzdən istifadə etməlisən. 10 gündən sonra birinci gün 18, ikinci 24, üçüncü 36, dördüncü gün 46 saat ac qaldım. Amma hər 15-20 dəqiqədən bir ilıq su içirdim. İdmanım hər gün olmalıydı. 30 saatdan sonra təkcə orqanizm yox, beyin belə təmizlənir. İndi də ayda iki-üç dəfə bunu edirəm. Şəkərdən başqa hər şey yeyirəm. Evdə nə bişirsə, dadına baxıram. Anam tort bişirmişdi, 10 gün onu yedim. Şəkər insanın dərisini çürüdür".


Etiketlər:  Abbas gündə kiloqram necə arıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ