Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Prezident olsam İranı xarabalığa çevirəcəyik''

''Prezident olsam İranı xarabalığa çevirəcəyik''

Tarix: 26 Sentyabr 2024 10:12

ABŞ prezidentliyinə namizəd Donald Tramp ölkəsini təhdid etdiyinə görə İran şəhərlərini dağıtmaqla hədələyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə vedomosti.ru məlumat yayıb.

"Əgər mən prezident olsam, ABŞ-ni təhdid edən ölkələrə, indiki halda İrana demək istəyirəm ki, biz sizin ən böyük şəhərlərinizi və ölkənin özünü xarabalığa çevirəcəyik", - o, tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Sentyabrın 25-də respublikaçı özünün "Truth Social" sosial şəbəkəsində bildirib ki, İran onun həyatı üçün təhlükə yaradır. ABŞ prezidentliyinə namizəd yazıb ki, o, indi əvvəlkilərdən daha çox insan və silahla əhatə olunub.

Milli.Az


Etiketlər:  Prezident olsam İranı xarabalığa çevirəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ