Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2024 10:54
Azərbaycandan Türkiyənin zəlzələ baş verən bölgəsindəki sakinlərə göndərilən bəzi yardımlar oğurlanıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə 2023-cü ildə zəlzələnin böyük dağıntılara səbəb olduğu Kahramanmaraş şəhərinin Türkoğlu qəsəbəsində yerləşən Azərbaycan-Türkiyə müvəqqəti yerləşmə məntəqəsində baş verib.
Məntəqədə yardımların oğurlanması barədə məlumat daxil olandan sonra polislər əməliyyata başlayıblar. Nəticədə məntəqənin cavabdehi olan 1-i müəllim olmaqla
4 personal, həmçinin başqa 4 nəfər saxlanılıb. Sonradan onların 4-ü şərti qaydada sərbəst buraxılıb, 4-ü isə həbs olunub.
Hadisə barədə qəsəbə bələdiyyə sədri də açıqlama verib. O bildirib ki, göndərilən ümumi malların oğurlanaraq, satılması barədə polisə məlumat verildikdən sonra keçirilən əməliyyatlar zamanı 2 ədəd sənədsiz tapança, 1 ədəd sənədsiz ov tüfəngi və bu silahlara aid patronlar, təxmini dəyəri 1.5 milyon lirə olan konteyner, elektron əşyalar, qida və təmizlik ləvazimatları ələ keçirilib.