Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden Ukraynanı əlavə ''Patriot'' raketləri ilə təmin edəcək

Bayden Ukraynanı əlavə ''Patriot'' raketləri ilə təmin edəcək

Tarix: 26 Sentyabr 2024 14:50

ABŞ Ukraynanın hava hücumundan müdafiəsini daha da gücləndirmək üçün Ukraynanı əlavə "Patriot" raketləri və "Patriot" hava hücumundan müdafiə batareyası ilə təmin edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, xəbər bu barədə Ağ Ev məlumat yayıb.

"Bu, mənim bu ilin əvvəlində ABŞ-nin hava hücumundan müdafiə vasitələrinin ixracını Ukraynaya yönləndirmək qərarıma əsaslanır ki, bu da gələn il ərzində Ukraynanı yüzlərlə əlavə "Patriot" və "AMRAAM" raketləri ilə təmin edəcək və Ukraynaya öz şəhərlərini və əhalisini müdafiə etməyə kömək edəcək"- deyə Co Baydenin bəyanatında bildirilib.

Bayden əlavə olaraq gələn il əlavə 18 pilotun hazırlanmasını dəstəkləmək məqsədi ilə Ukrayna F-16 pilotları üçün təlimləri genişləndirməyi planlaşdırıb.

Milli.Az


Etiketlər:  Bayden Ukraynanı əlavə Patriot raketləri ilə təmin edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ