Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2019 11:36
Bakı. Trend:
Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi “Auto Azerbaijan” şirkəti orijinal ehtiyat hissələrinin əhəmiyyətini əks etdirən növbəti video yayımladı.
“Auto Azerbaijan” şirkəti orijinal ehtiyat hissələri və rəsmi servis mərkəzlərinin əhəmiyyətini vurğulamaq üçün məşhur rəy lideri Taleh Yüzbəyovla bir neçə çarx çəkmişdi. Çəkilən videolarda müxtəlif səbəblərdən qeyri-orijinal ehtiyyat hissələrindən istifadə edən və məcəraları uğursuz sonluqla bitən qəhrəmanlar təsvir olunmuşdu. Auto Azerbaijan şirkəti eyni mövzuya başqa bir rakursdan yanaşaraq orijinal ehtiyyat hissələrinin əhəmiyyətini vurğulamağa çalışıb.
"Hyundai Motor Company", hazırda avtomobil istehsalı, mühəndislik, inşaat, gəmiqayırma, polad, neft-kimya, maşınqayırma, aviasiya, elektronika və maliyyə kimi bir çox sektorda fəaliyyət göstərən "Hyundai" Şirkətlər Qrupunun ən böyük və ən mühüm qollarından biridir. 1967-ci ildə qurulan "Hyundai Motor Company" bu gün avtomobil istehsalında Koreyanın mübahisəsiz lideri, dünyanın isə aparıcı avtomobil istehsalçılarından biridir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin