Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Müharibə hələ bitməyəcək...” - Zelenski

“Müharibə hələ bitməyəcək...” - Zelenski

Tarix: 28 Sentyabr 2024 09:06

"Ukraynadakı döyüşlər Amerikada keçiriləcək prezident seçkilərinə qədər bitməyəcək". 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNBC telekanalının efirində Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşündə deyib.

"Noyabrda amerikalılar kimin prezident olacağına qərar verməli olacaqlar. Biz başa düşürük ki, noyabra qədər Putini dayandıra bilməyəcəyik. Lakin noyabrdan sonra Rusiya-Ukrayna münaqişəsi üzrə müəyyən qərar qəbul etməliyik. ABŞ-nin çox güclü olacağına ümid edirik. Buna görə də mən hər iki namizədlə görüşmək qərarına gəlmişəm", - Zelenski bildirib.

Tramp isə bildirib ki, seçkidə qalib gəldikdən sonra Rusiya-Ukrayna münaqişəsində hər iki tərəfə uyğun həll yolunun tapılmasına çalışacaq.

Xatırladaq ki, Zelenski Trampla Nyu-Yorkda "Trump Tower" görüşüb.

Milli.Az


Etiketlər:  Müharibə hələ bitməyəcək Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ