Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tezdən oyanıb ərimi işə yola salıram''

''Tezdən oyanıb ərimi işə yola salıram''

Tarix: 1 Oktyabr 2024 17:25

"Tezdən oyanıram, uşaqları məktəbə, həyat yoldaşımı işə yola salıram. Ailəm üçün sənətdə heç nəyi fəda, qurban verməmişəm. Sadəcə öz seçimlərim var: həyat tərzi, geyimim və səhnələrimdə".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Qonaqcanlı" verilişində deyib. Sənətçi ailə qurduqdan sonra sənətində dəyişiklik etməsi haqda deyilənlərə son qoyub:

"Özümə yaraşdırdığım bir yol var. Bunlar öz seçimimdir. Həm yaş, həm də status öz sözünü deyir. Ana olandan sonra qənaətə gəldim ki, dəyişim: Bunu mənə heç kim deməyib. İlk dəstəkcim həyat yoldaşımdır. Bacım, qardaşım, baldızım, qaynım mənə dəstəkdir, uğurlarıma sevinirlər". 

Milli.Az


Etiketlər:  Tezdən oyanıb ərimi işə yola salıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ