Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın idman gimnastlarımız Polşadan medallarla qayıdır (FOTO)

Qadın idman gimnastlarımız Polşadan medallarla qayıdır (FOTO)

Tarix: 2 Dekabr 2019 13:16

Bakı. Trend:

30 noyabr-1 dekabr tarixlərində Polşanın Katoviçe şəhərində idman gimnastikası üzrə “Barborka Cup 2019” adlı beynəlxalq turnir keçirilib.

Trend-in məlumatına görə, turnirdə qadın idman gimnastikası üzrə təmsilçilərimiz Milana Minakovskaya, Nazənin Teymurova, Məryəm Musayeva və Duyğu Məcidzadə iştirak edib.

Qzılar komandamızın hesabına 2 medal yazdırıblar. Gənclər yaş qrupunda çıxış edən Milana Minakovskaya rəqiblərini geridə qoyaraq 48,634 balla çoxnövçülükdə qızıl medal qazanıb və fəxri kürsünün ilk pilləsinə yüksəlib. Bu yaş kateqoriyasında iştriak edən daha bir gimnast Nazənin Teymurova isə yarışı 11-ci yerdə bitirib.

Daha bir medalı yeniyetmələr arasında çıxış edən Məryəm Musayeva qazanıb. O, 52,267 balla çoxnövçülükdə 3-cü olub. Onunla eyni qrupda çıxış edən Duyğu Məcidzadə isə 8-ci yerdə qərarlaşıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Qadın idman gimnastlarımız Polşadan medallarla qayıdır (FOTO) Qadın idman gimnastlarımız Polşadan medallarla qayıdır (FOTO) Qadın idman gimnastlarımız Polşadan medallarla qayıdır (FOTO) Qadın idman gimnastlarımız Polşadan medallarla qayıdır (FOTO) Qadın idman gimnastlarımız Polşadan medallarla qayıdır (FOTO) Qadın idman gimnastlarımız Polşadan medallarla qayıdır (FOTO)


Etiketlər:  Qadın idman gimnastlarımız Polşadan medallarla qayıdır FOTO


RƏYLƏR