Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həmin qanunu imzalamaqdan imtina etdi

Həmin qanunu imzalamaqdan imtina etdi

Tarix: 2 Oktyabr 2024 13:44

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə LGBT-nin təbliğini qadağan edən qanunu imzalamaqdan imtina edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan liderinin administrasiyasında mənbəyə istinadən TASS yayıb. 

Bununla belə, Zurabişvili sözügedən qanuna veto qoymayıb və parlamentə geri göndərib. Mənbənin sözlərinə görə, ölkə qanunvericiliyində bu cür prosedur mövcuddur. 

Belə ki, Gürcüstan qanunvericiliyinə əsasən, prezident qanunu imzalamaqdan imtina edirsə və ona veto qoymursa, sənədi parlamentin spikeri imzalayır. 

Xatırladaq ki, sentyabrın 17-də Gürcüstan parlamenti həmin qanunu üçüncü oxunuşda qəbul edib. Ölkənin hakim "Gürcü arzusu" partiyası tərəfindən təklif edilən bu qanun ölkədə LGBT-nin təbliğini, eynicinslilərin nikahını, cinsin dəyişdirilməsini, eləcə də eynicinsli münasibətləri təbliğ edən tədbirlərin keçirilməsinin qadağan edilməsini nəzərdə tutur.


Etiketlər:  Həmin qanunu imzalamaqdan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ