Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mirzoyan: Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük

Mirzoyan: Biz özümüzü işləməyən  hərbi ittifaqda görmürük

Tarix: 2 Oktyabr 2024 15:12

İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı bütün riskləri öyrənir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

"Hər birimiz daha ehtiyatlı olmalıyıq. Dayanıqlılıq prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı, idarə olunmalıdır", - o bildirib.

A.Mirzoyanın sözlərinə görə, Ermənistan KTMT üzvlüyünü dondurub və əvvəlki münasibətlərə qayıtmaq niyyətində deyil: "Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük".

Milli.Az


Etiketlər:  Mirzoyan özümüzü işləməyən hərbi ittifaqda görmürük


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ