Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2024 19:34
Rusiyanın Tehrandakı səfirliyi İsrail və İran arasında münasibətlərin pisləşməsi fonunda regiondakı vəziyyət normallaşana qədər rusiyalılara İrana səfərlərdən çəkinməyi tövsiyə edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya səfirliyinnin Telegram kanalında məlumat yerləşdirilib.
"İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya səfirliyi Rusiya Federasiyası vətəndaşlarına müvəqqəti olaraq vəziyyət normallaşana qədər İran İslam Respublikasına səfərlərdən çəkinməyi tövsiyə edir", - deyə diplomatik missiyanın bəyanatında bildirilib.