Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2024 13:06
"Fənərbağça" klubunun idarə heyətinin üzvü Acun Ilıcalı şəxsi "ınstagram" hesabından "Qalatasaray" rəsmilərini sərt şəkildə tənqid edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, tanınmış iş adamı Acun Ilıcalı şəxsi "ınstagram" profilindən "Qalatasaray"ın futbolçu transferində fırıldaqçılıq etdiyi, maaşların qiymətində saxtakarlıq etdiyini bildirib.
O, əlavə olaraq "sarı-qırmızılar"ın rəsmilərinin "Fənərbağça" klubuna durmadan böhtan atdığını da dilə gətirib.
Qeyd edək ki, Acun Ilıcalı ötən gün keçirilən mətbuat konfransında iki saat müddətində jurnalistlərin suallarını cavablandırıb.