Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2024 17:55
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev və Əməkdar artist Əhməd Salahov 37 ildən sonra görüşüblər.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə prodüser Vasif Ayan sosial media hesabında yazıb.
"Aktyorumuz Rasim Balayev və Əhməd Salahovu 37 ildən sonra layihəmdə görüşdürdüm. Heç bir zaman olmamış bir görüşü rellaşdırmağıma və bu anları əbədiləşdirməyimə çox şadam. Tarixi görüş idi" deyə, o, paylaşımında bildirib.
Qeyd edək ki, Rasim Balayev və Əhməd Salahov "Sən həmişə mənimləsən" (1987) tamaşasının baş qəhrəmanlarını canlandırıblar. Bu tamaşadan sonra aktyorlar ilk dəfə görüşüb oynadıqları tamaşa ilə bağlı müzakirələr aparıblar.