Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ədalət Şükürovun Ayda torpağı var? - Özü cavab verdi

Ədalət Şükürovun Ayda torpağı var? - Özü cavab verdi

Tarix: 5 Oktyabr 2024 21:35

Əməkdar artist Ədalət Şükürov illər öncə ictimaiyyətin diqqətini çəkmiş bir məslə ilə yenidən gündəmə gəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, Ayda torpaq sahibi olması barədə iddialara cavab verib.

Ədalət Şükürov Ayda torpaq sahibi olmadığını deyib.

Qeyd edək ki, təxminən 15 il əvvəl Ədalət Şükürov şou proqramlardan birində ona Aydan torpaq hədiyyə edildiyini demişdi. İddialara görə, bir zamanlar Rusiyada yaşamış müğənniyə dostları ad günündə Aydan torpaq sahəsi hədiyyə ediblər:

"Sankt-Peterburqda bir idarə var idi, torpaqları satırdı. Ay heç kimindir. Amma oradan torpaq satılırdı. Bu torpağı mənə ad günümə hədiyyə etmişdilər. Torpağın sənədləri, xəritəsi var məndə".

Milli.Az


Etiketlər:  Ədalət Şükürovun Ayda torpağı Özü cavab verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ