Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2024 13:30
Aktyor Nicat Rəhimovun rol aldığı "Şirin" serialında maraqlı addım atılıb.
Sonxeber.net olay-a istinadən bildirir ki, ekran işinin növbəti bölümündə mərhum Xalq artisti Yaşar Nurinin səhnəsinə yer verilib.
Belə ki, ustad aktyorun sağlığındakı görüntülərdən istifadə olunub. Montajla hazırlanan kadrda N. Rəhimovla Y. Nurinin dialoqu qurulub. Həmin səhnəni paylaşan aktyor bu sözləri yazıb:
"Dayım Yaşar Nuri ilə eyni səhnədə yer almaq həmişə mənim üçün bir arzu idi. bu gün "Şirin" serialında bir araya gəldik. O, həmişə olduğu kimi, bu səhnədə də mənimlədir. Onun varlığını hiss etmək, sənətini bir daha yaşatmaq mənim üçün sözlə ifadə olunmaz bir hissdir. Sənət əbədidir, Yaşar Nuri isə hər zaman bizimlədir".