Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2024 17:20
Aparıcı Günay Baxşəliyeva yeni verilişlə bu gün efirə qayıdıb.
Sonxeber.net olay-a istinadən bildirir ki, televiziya ulduzu "Azad Azərbaycan" (ATV) televiziyasında "Sağlam Gün Ay" proqramı ilə tamaşaçıların qarşısına çıxıb.
Sözügedən proqram sağlamlıq və səhiyyəyə həsr olunub.
Tamaşaçılar bu verilişin köməyi ilə peşəkar həkimlər tərəfindən bir çox xəstəliklərlə bağlı məsləhətlər əldə edə biləcək.
Qeyd edək ki, Günay ötən mövsüm həyat yoldaşı Zaur Baxşəliyevlə birgə "Zaurla Günaydın"nın və tək olduğu "Günaylı Günü" aparıb.