Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2024 21:04
Sosial şəbəkədə insan alveri və cinsi təcavüz ittihamı ilə hazırda həbsdə olan Pi Diddinin (əsl adı - Şon Kombs) əlaqələri sayəsində əslində həbsxanadan qaçdığına dair xəbərlər üzə çıxıb.
Sonxeber.net olay-a istinadən bildirir ki, məlumata görə həbsxanada olan məhbus nəzəriyyələrə görə onun dublyorudur.
Bu haqda "Reddit" sosial şəbəkəsinin izləyicilərindən biri yazıb. O, Diddinin təyyarəsini gördüyünü bildirməsi olub. "Görəsən, onu kim uçurur?"- o, paylaşdığı fotoya şərh yazıb.
"Flightradar"ın məlumatına görə keçən cümə günü repçinin şəxsi təyyarəsi Yeni Zelandiyadan şimal-şərqdən Fransız Polineziyasına doğru uçub.
İzləyicilərin fikrincə, Pi Diddi həbsxanadan qorunmaq üçün kifayət qədər pula və əlaqələrə malik ola bilər.
Xatırladaq ki, Pi Diddi hazırda həbsdədir. Onun həbsindən əvvəl keçmiş sevgilisi Kessi və digər qızlar tərəfindən zorakılıq, narkotik vasitələrdən məcburi istifadə və insan alveri ilə bağlı bir sıra ittihamlar irəli sürülüb. Mart ayında repçinin malikanəsində geniş axtarış aparılıb, bu zaman qanunsuz maddələr, silahlar və 1000 butulka uşaq yağı və cinsi əlaqə zamanı istifadə olunan gel materialları aşkar edilib. İstintaq hesab edir ki, reper bütün bunlardan seks məclisləri üçün istifadə edib.