Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi'' rəhbərliyindən ŞOK QƏRAR! Məşhur məşqçi Bakıya dəvət olundu

''Neftçi'' rəhbərliyindən ŞOK QƏRAR! Məşhur məşqçi Bakıya dəvət olundu

Tarix: 9 Oktyabr 2024 17:24

Roman Qriqorçukla yolları ayıran "Neftçi" rəhbərliyi tezliklə yeni baş məşqçinin kimliyini açıqlayacaq.

Sonxeber.net sportinfo.az-a istinadla bildirir ki, "Ağ-qaralar" paralel olaraq iki namizədlə danışıqlar aparır.

"Sumqayıt"ın çalışdırıcısı Samir Abasovla yanaşı, Abdullah Avcı da paytaxt təmsilçisinin gündəmində yer alıb.

Avqustun 31-də "Trabzonspor"dan ayrılan mütəxəsislə danışıqlara başlayıb. O, təcili olaraq Bakıya dəvət olunub.

Avcı 2020-ci ilin noyabrından 2023-cü ilin mart ayınadək "Trabzonspor"a baş məşqçilik edib. Daha sonra 2023-cü ilin oktyabrında komandaya gətirilmişdi.

"Qara dənizlilər" onun rəhbərliyi altında 1 dəfə ölkə çempionu olub, 2 dəfə Türkiyə Superkubokunu qazanıb.

Qara dəniz təmsilçisinə 38 ildən sonra Super Liqanın qızıl medallarını bəxş edən Avçu cari mövsüm çəmi 1 oyuna çıxıb və rəhbərliklə arasında yaranan fikir ayrılığına görə vəzifəsini tərk eləyib.

Avcı daha əvvəl Türkiyə millisi və "Beşiktaş"ın baş məşqçisi olub.


Etiketlər:  Neftçi rəhbərliyindən ŞOK QƏRAR Məşhur məşqçi Bakıya dəvət olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ