Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ata qumar oynamaq üçün yeni doğulan uşağını satdı

Ata qumar oynamaq üçün yeni doğulan uşağını satdı

Tarix: 9 Oktyabr 2024 22:48

İndoneziyada ata qumar oynamaq üçün yeni doğulan körpəsini satıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu qəribə olay Tanqeranq şəhərində baş verib. 36 yaşlı ata qumar oynamaq üçün yeni doğulan körpəsini Facebook-da satışa çıxarıb. Bir nəfər də bu elanla maraqlanıb və uşağı 700 sterlinqə (1289 manat) alıb.

Ana evə qayıdanda uşağın evdə olmadığını görərək polisə məlumat verib. Uşağın atası tərəfindən satılması da bu zaman ortaya çıxıb.

Polis hadisə ilə bağlı 2 nəfəri saxlayıb. Onları 15 ilədək həbs, həmçinin külli miqdarda cərimə cəzası gözləyir.


Etiketlər:  qumar oynamaq üçün yeni doğulan uşağını satdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ