Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Adları fırıldaqçılıq üçün istifadə olunan məşhurlar - Siyahı

Adları fırıldaqçılıq üçün istifadə olunan məşhurlar - Siyahı

Tarix: 10 Oktyabr 2024 03:04

Kibertəhlükəsizlik şirkəti "McAfee" adları fırıldaqçılıq üçün istifadə olunan 10 məşhurun ​​illik siyahısını açıqlayıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, reytinqi "The Hollywood Reporter" nəşri paylaşıb.

Siyahının başında Hollivud ulduzu Skarlett Yohansson qərarlaşıb. İkinci yeri model Kayli Cenner, üçüncü yeri isə müğənni Teylor Svift tutub. İlk 5-liyi Anya Teylor-Coy və Tom Hanks tamamlayır. İlk onluqda həmçinin Sabrina Karpenter, Sidney Svini, Bleyk Layvli, Conni Depp və Addison Rey yer alıb.

Onların şəkilləri filmləri və ya mahnıları yükləmək, məşhurlarla ticarət sövdələşmələri etmək, kriptovalyutaya investisiya etmək və ya konsert biletlərinin satışını təklif edən sxemlərdə istifadə olunur.

Fırıldaqçılar bəzən məşhurların fanatlarının bank hesabı məlumatlarını almaq üçün məşhurların saxta videolarından da istifadə edirlər.


Etiketlər:  Adları fırıldaqçılıq üçün istifadə olunan məşhurlar Siyahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ