Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO)

Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO)

Tarix: 2 Dekabr 2019 23:16

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Gənclər Birliyi, “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib.

Trend-in məlumatına görə, Beynəlxalq Əlillər Günü ərəfəsində baş tutan tədbirin məqsədi bu qəbildən olan şəxslərin cəmiyyətdə əhəmiyyətini vurğulamaq, onların potensialının üzə çıxarılması istiqamətində aparılan işlərin vacibliyini nəzərə çatdırmaq olub.

Əvvəlcə, birliyin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

YAP Nizami Rayon təşkilatı Gənclər Birliyinin və “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin sədri Sevinc Abdullayeva Birliyin 6 ilə yaxın müddət ərzində gördüyü işlərdən, layihələrdən danışıb: “Fəaliyyət müddətimizdə “Qayğı” ailəsi olaraq xeyli uğurlu layihələrə imza atmışıq. Onlarla Daun sindromlu və Serebral iflicli uşağın müalicəsi və əməliyyatı həyata keçirilib. 100-lərlə tədbirimiz, görüşümüz baş tutub. Vaxtaşırı təşkil olunan şənliklər, ekskursiyalar, tanınmışlarla yığıncaqlar, konsertlər, tələbələrlə, gənclərlə keçirilən görüşlər onların həm ünsiyyət vərdişlərinin formalaşmasına, həm də mənəviyyat və dünyagörüşü baxımından inkişafına kömək olur. Yeni insanlarla, cəmiyyətin müxtəlif təbəqələrindən olan, bir-birindən fərqli şəxslərlə görüşmək həm uşaqlara ruh yüksəkliyi bəxş edir, həm də həyata daha geniş bucaqdan baxmağa sövq edir. “Sevgi və Ümidlə Həyata Qalib Gələk!”, “Biz də hamı kimiyik!”, “Birlikdə Gülümsəyək!” kimi şüarlarla keçirilən görüşlər və aksiyalar, “Biz Günəşin Şəfəqləriyik” devizi ilə Azərbaycanda ilk dəfə olaraq Daun sindromlu uşaqların da iştirakı ilə baş tutan dəb nümayişi, Daun sindromlu uşaqların peşəkar idmançılarla birgə İdman Olimpiyadası kimi tədbirlərlə bir daha onların nəyə qadir olduqlarını göstərməyə çalışdıq.”

Tədbirdə həmçinin Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova da çıxış edərək, bu tipli maarifləndirici görüşlərin Vətənimizin sabahı, gələcəyin ziyalıları və valideynləri olan tələbələrlə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, hər kəsi əlilliyi olan şəxslərlə münasibətdə daha həssas və diqqətli olmağa çağırıb.

Sonra jurnalist Xülya Cəfərova “fərqli” doğulan insanların KİV-də, mediada və populyar mədəniyyətdə düzgün təqdim edilməsinin önəmi barəsində danışıb. Həmçinin psixoloq Günay Bədəlzadə Daun sindromlu və Serebral iflicli uşaqların psixi inkişaf xüsusiyyətləri haqqında məlumat verib.

Sonra Daun sindromlu uşaqların bir-birindən rəngarəng çıxışlarına yer verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO) Qayğı ilə addım-addım” adlı növbəti maarifləndirici konfrans keçirilib (FOTO)


Etiketlər:  Qayğı ilə addım addım adlı növbəti maarifləndirici konfrans keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ