Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2024 04:04
Hər il Rusiyanın ən çox söyüş söyən şəhərlərinin siyahısı yenilənir. 2024-cü ildə isə Moskva birinci yeri tutub.
"İnterium" rəqəmsal agentliyi 2024-cü ildə ən çox söyüş söyən şəhərlərin reytinqini açıqlayıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, mütəxəssislər sosial şəbəkələri, bloqları və messencerləri təhlil edərək belə qənaətə gəliblər ki, moskvalılar ən çox nalayiq sözlərdən istifadə edirlər. Bu barədə "Moskviç Mag" "İnterium" agentliyinin araşdırmasına istinadən məlumat yayıb.
İkinci yeri Sankt-Peterburq tutur, burada söyüş Moskvadakından iki dəfə azdır. Novosibirsk üçüncü yerdədir. Ötən il paytaxt üçüncü, Krasnodar ikinci, lider isə Pskov vilayətinin Dno şəhəri olub.
Analitiklərin fikrincə, Moskvanın reytinqdə birinci yeri kiçik şəhərlərin sakinlərinin onları sosial şəbəkələrdə "yaşayış yeri" qrafasında qeyd etməyi dayandırması ilə bağlıdır.