Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş unikal ''Çölün ruhu'' xor musiqisi konserti keçirilib - FOTO

Məhəmməd Füzulinin 530 illiyinə  həsr olunmuş unikal ''Çölün ruhu'' xor musiqisi konserti keçirilib - FOTO

Tarix: 12 Oktyabr 2024 17:54

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Məhəmməd Füzulinin 530 illiyinə  həsr olunmuş "Füzuli günləri" adlı böyük layihə çərçivəsində unikal "Çölün ruhu" xor musiqisi konserti keçirilib.

Öncəliklə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Raimkulova Aktoti Raxmetollayevna təbrik nitqi ilə çıxış edib.

Musiqili gecədə Qaziza Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazax Kamera Xoru (bədii rəhbər Merbol Kuspanov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) dinləyicilər qarşısında çıxış edib.

Proqramda Azərbaycan, Qazax bəstəkar və xalq mahnıları səslənib.


Etiketlər:  Məhəmməd Füzulinin illiyinə həsr olunmuş unikal Çölün ruhu musiqisi konserti keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ