Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə zəlzələ neçə binaya ziyan vurdu?

Türkiyədə zəlzələ neçə binaya ziyan vurdu?

Tarix: 17 Oktyabr 2024 11:24

Ötən gün Türkiyədə baş verən şiddətli zəlzələ nəticəsində 555 binaya ziyan dəyib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin ekologiya və şəhərsalma naziri Murad Kurum məlumat yayıb.

Nazir bildirib ki, zəlzələ nəticəsində Elazığda 20 binaya ağır, 517 binaya isə yüngül ziyan dəyib:

"Eyni zamanda Malatyada da 18 bina yüngül zərər görüb".

Qeyd edək ki, ötən gün Türkiyənin Malatya vilayətinin Qala rayonunda 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar ətraf rayonlarda da hiss edilib.


Etiketlər:  Türkiyədə zəlzələ neçə binaya ziyan vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ