Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hücumlardan qorxub, arxaya çəkildim ki...''

''Hücumlardan qorxub, arxaya çəkildim ki...''

Tarix: 17 Oktyabr 2024 15:05

"Əvvəllər dostlarımızla çox tez-tez görüşərdik. Son vaxtlar bu şeylər yoxdur. Hamının başı öz işinə qarışıb. Düzünü bilmək istəyirsinizsə, mən də bir az arxaya çəkildim. Efirlərdən çəkilməyimin də bir səbəbi var. O da efir mövzusu deyil".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "7 Tamam" verilişində deyib. O, son zamanlar sənət adamlarına olan tənqidlərdən ehtiyat edərək unudulmaq istədiyini bildirib:

"Bəzi insanlar var ki, deyilən sözləri təhrif edərək danışırlar. Bunlardan uzaq olmaq üçün arxaya çəkildim, istədim ki, unudulum. Tam yada düşməyim. Sənət adamlarına olan təpkilərdən, hücumlardan qorxub, arxaya çəkildim ki, bu şeylər məni də gözləyə bilər. Mən də çox özümə qapanıq insan olduğum üçün düşündüm ki, bu şeyləri eşitsəm, özümü toparlaya bilmərəm".


Etiketlər:  Hücumlardan qorxub arxaya çəkildim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ