Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milyarder ərindən boşanan müğənni yeni sevgili tapdı

Milyarder ərindən boşanan müğənni yeni sevgili tapdı

Tarix: 17 Oktyabr 2024 23:05

Məşhur ukraynalı müğənni Kamaliya Pakistan əsilli milyarder Məhəmməd Zahurdan boşandıqdan sonra yeni münasibətə başlayıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı özü açıqlama yayıb:

"Elə bir an gəlir ki, parlayırsan. O insanı hər zaman görmək, onunla  vaxt keçirmək, onun üçün nəsə etmək istəyirsən. Əvvəlcə hər kəs aşiq olur, amma sevgi yalnız iki və ya üç illik münasibətdən sonra öyrənilir".

Kamaliya sevgilisinin kimliyini açıqlamayıb. O, bu münasibətin uzun olub-olmayacağını hələlik bilmədiyini əlavə edib.

Qeyd edək ki, müğənni 20 il Zahurla ailəli olub. Onların iki qızı var. Tərəflər 2023-cü ildə səbəb göstərmədən boşandıqlarını açıqlayıblar.


Etiketlər:  Milyarder ərindən boşanan müğənni yeni sevgili tapdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ