Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İctimai yerlərdə ''vi-fi''lara qoşulanlara XƏBƏRDARLIQ - VİDEO

İctimai yerlərdə ''vi-fi''lara qoşulanlara XƏBƏRDARLIQ - VİDEO

Tarix: 21 Oktyabr 2024 00:16

İctimai yerlərdə "VI-FI"-yə qoşularkən ehtiyatlı olun... Kiberdələduzların tələsinə düşə bilərsiniz...

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, mütəxəssislər deyir ki, ictimai yerlərdə ölkədə fəaliyyət göstərən provayderlərə məxsus olmayan "VI-FI"-lərdən istifadə artıb. Vətəndaşlar pulsuz olduğu üçün bu internetlərdən istifadə edirlər, lakin baş verə biləcək təhlükələrdən xəbərsizdirlər

İKT üzrə mütəxəssis Əmrah Mövsümzadənin sözlərinə görə, kiberdələduzlar saxta "VI-FI" şəbəkələri düzəldib vətəndaşların məlumatlarını ələ keçirə bilirlər

Mütəxəssislər kiberdələduzların qurbanına çevrilməmək üçün vətəndaşlardan açıq "VI-FI" şəbəkələrinə qoşulduqları zaman diqqətli olmalarını, əmin olmadıqları şəbəkələrdən istifadə etməməyi tövsiyə edir. Digər təhlükəsizlik tədbirlərindən biri isı bu tip "VI-FI" şəbəkələrinə qoşularkən xüsusi VPN istifadə etməkdir.

VPN internet trafikini xüsusi alqoritmlərlə şifrələyərək dələduzlarla aranızda sədd rolunu oynayır.

Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:


Etiketlər:  İctimai yerlərdə filara qoşulanlara XƏBƏRDARLIQ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ