Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Psixoloqa gedirəm'' - Murad Musayev

''Psixoloqa gedirəm'' - Murad Musayev

Tarix: 21 Oktyabr 2024 18:02

Rusiya çempionatının 12-ci turunun "Spartak"la oyunundan (3:0) sonra "Krasnodar"ın baş məşqçisi Murad Musayev cari mövsümdə aldığı sarı vərəqələrdən danışıb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, "Sabah"ın sabiq baş məşqçisi psixoloqa müraciət etdiyini deyib.

"Mən 5 sarı vərəqə ilə necə yaşayıram? İndi ciddi sual verirsiniz? Mən psixoloqa gedirəm, bilmirəm. Mən heç vaxt hakimləri təhqir etmirəm. Kartlarıma görə cərimə ödəyirəm. Özümü saxlamağa çalışıram, amma bacarmıram. Bir neçə oyunda sınadım, amma indi alınmadı. Mən bütün kartları layiqincə aldım. Amma heç kimi təhqir etmirəm", - Musayev deyib.

12 oyundan sonra "Krasnodar" 30 xal toplayıb və RPL turnir cədvəlində birinci yerdədir.


Etiketlər:  Psixoloqa gedirəm Murad Musayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ