Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi - SƏBƏB

İsrail 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi - SƏBƏB

Tarix: 21 Oktyabr 2024 18:02

İsrail İrana casusluq etməkdə şübhəli bilinən 7 vətəndaşını həbs edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail polisi yayıb. 

Sözügedən şəxslərin İsrail ərazisində yerləşən vacib təhlükəsizlik obyektləri və strateji hədəflər barədə məlumat topladığı bildirilib.

Məlumata görə, saxlanılanlar Hayfa şəhərindən olan Azərbaycanəsilli İsrail vətəndaşlarıdır. Onlardan bəzilərinin qohum, eləcə də iki nəfərin yetkinlik yaşına çatmayan şəxs olduğu qeyd edilib. 

Təqsirləndirilən şəxslərin İran üçün təxminən 600 tapşırıq yerinə yetirdikləri vurğulanıb.


Etiketlər:  İsrail Azərbaycanəsilli vətəndaşını həbs etdi SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ