Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər gün kofe içmək üçün 5 səbəb

Hər gün kofe içmək üçün 5 səbəb

Tarix: 22 Oktyabr 2024 07:33

Amerika Birləşmiş Ştatlarında 18 yaşdan yuxarı əhalinin 54%-i hər gün kofe içir. Araşdırmalara görə, kofeinin beyinə, dəriyə və bütün vücuda bir çox xeyri var.

Sonxeber.net yenisabah.az-a istinadla hər gün kofe içmək üçün göstərilən 5 səbəbi təqdim edir:

1. Meyvə və tərəvəzdə də antioksid var, amma insan bədəni antioksidi ən çox kofe içərkən əldə edir. Antioksidant maddələri sizin daha xoşbəxt hiss etməyinizi təmin edir; 

2. Kofeinin təkcə qoxusu sizi stressdən uzaqlaşdırmağa kömək edə bilər. Seul Universitetində siçanlar üzərində aparılan araşdırmaya görə, az yatdığı üçün stressə girən siçanlar kofe qoxusunu hiss etdikdə proteinlərində dəyişiklik olur;

3. Kofe parkinson xəstəliyinin simptomlarını da azaldır. Science Daily jurnalında yazılan məqalədə parkinson xəstələrinin davamlı olaraq kofe içdiyi zaman hərəkətlərinə daha rahat nəzarət edirlər. Eyni zamanda, kofe içmək parkinson xəstəliyi riskini də azaldır;

4. Kofe intihar riskini də azaldır. Harvard Xalq Sağlığı Məktəbində aparılan araşdırmaya görə kofeinin həm də anti-depressant təsiri var;

5. Kofe sizi daha atletik edir. Kofenin qan axışındakı yağ asidlərinin miqdarını artırır. Bunun sayəsində məşq üçün lazım olan karbohidrat maddəsini yığmağınıza kömək edir.


Etiketlər:  Hər gün kofe içmək üçün səbəb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ