Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2024 09:52
ABŞ-li mühəndis və milyarder İlon Mask dövlət xərclərinin eyni yüksək səviyyədə qalacağı təqdirdə Birləşmiş Ştatların müflisləşəcəyini proqnozlaşdırıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Mask bu barədə özünün "X" sosial şəbəkəsindəki mikrobloqunda yazıb.
"Əgər hökumət dövlət xərclərini radikal şəkildə azaltmasa, ABŞ çox maliyyə öhdəliyi götürmüş insan kimi faktiki olaraq müflisləşəcək", - deyə biznesmen xəbərdarlıq edib.
Mask abunəçilərinə kreditləşmənin bəzi incəliklərini izah edib. Onun sözlərinə görə, istənilən borclanmada sonradan ödənişlərin əsas hissəsini borc faizləri təşkil edir.
"Onlar (faizlər - red.) vergi ödəyicilərindən büdcəyə daxil olan bütün vəsaitləri sürətlə udmağa meyillidirlər. Ölkənin kritik ehtiyacları üçün isə heç nə qalmır", - deyə Mask xəbərdarlıq edib.