Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Terrorda həlak olan qadın ərinin aldığı gülləri götürməyə çıxıbmış

Terrorda həlak olan qadın ərinin aldığı gülləri götürməyə çıxıbmış

Tarix: 24 Oktyabr 2024 00:32

Ankarada törədilən terror aktında Həlak olan 5 TUSAŞ əməkdaşının kimliyi məlum olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "T24" məlumat yayıb.

Həmin şəxslər keyfiyyət nəzarətçisi-Cengiz Coşqun, baş mexaniki mühəndis-Zahidə Güclü, taksi sürücüsü-Murad Arslan, TUSAŞ əməkdaşı-Həsən Hüseyin Cambaz, TUSAŞ təhlükəsizlik müdiri-Atakan Şahin Ərdoğandır.

Müəssisənin baş mexaniki mühəndisi vəzifəsində çalışan Zahidə Güclü terror anında həyat yoldaşının evlilik ildönümü münasibətilə göndərdiyi gülləri götürməyə çıxıbmış.

Mühafizə xidmətinin yanına çiçəkləri götürməyə düşən zaman terrorçuların silahından açılan atəşdən ağır yaralanıb.

Daha sonra iki uşaq anası olan Zahidəni "Yenimahalle Təhsil və Araşdırma Xəstəxanası"na yerləşdirsələr də, həyatını xilas etmək mümkün olmayıb.


Etiketlər:  Terrorda həlak olan qadın ərinin aldığı gülləri götürməyə çıxıbmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ